“Zirə” 6 futbolçusu ilə vidalaşdı
02.06.2023 - 12:26
“Zirə” 6 futbolçusu ilə vidalaşdı

“Zirə" 6 futbolçu ilə yollarını ayırıb. 

Apasport.az saytının məlumatına görə, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

Paytaxt təmsilçisi Hamidu Keyta, Coşqun Diniyev, Loris Broqno, Mehdi Cənnətov, Mirsayib Abbasov və Moiz Adileu ilə vidalaşıb. Bu oyunçularla klub arasında imzalanmış müqavilə başa çatıb. 

Qeyd edək ki, başa çatan mövsümdə Keyta 32 (8 qol), Diniyev 30 (2 qol), Broqno 26 (3 qol), Cənnətov 23 (26 qol buraxıb), Adileu 25 (1 qol) və Abbasov 1 matç keçirib.

0