“Zirə” “Havr”ın futbolçusunu transfer etdi
02.08.2023 - 17:03
“Zirə” “Havr”ın futbolçusunu transfer etdi

“Zirə” yeni futbolçu ilə anlaşıb. 

Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Salifu Sumanı Fransanın “Havr” klubundan transfer edib. 

19 yaşlı vingerlə 2+1 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Qvineyadan olan futbolçu karyerası ərzində ölkəsinin “Kalum”, Fransanın “Bastiya” və “Havr”  klublarının şərəfini qoruyub.

0