"Sumqayıt" yenə qol vura bilmədi, "Zirə"dən 3 aldı - YENİLƏNİB
15.02.2025 - 20:52
"Sumqayıt" yenə qol vura bilmədi, "Zirə"dən 3 aldı - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında XXIII tur başlayıb.

Apasport.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma keçirilib.

"Sumqayıt" doğma meydanda "Zirə" ilə üz-üzə gəlib.

İlk hissədən üstünlüyü ələ alan qonaqlar, rəqibini 3 cavabsız qolla məğlub etməyi bacarıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 19:00-da start götürüb.

Misli Premyer Liqası

XXIII tur

15 fevral

19:00. “Sumqayıt” – “Zirə” 0:3

Qol: R. Utziq, 14, S. Suma, 37, 65

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 2. Sertan Taşkın, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 95. Miloş Miloviç, 11. Momo Yansane, 60. Tresor Mossi, 77. Casurbek Caloliddinov
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 30. Kamran Quliyev, 41. Uğur Cahangirov, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 29. Qabil Əlizadə, 66. Ruslan Əliyev, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 12. Giorgi Karaişvili, 23. Ronaldo Vaskez
Baş məşqçi: Vaqif Cavadov

“Zirə”: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 5. Stefan Aka, 90. Davit Volkov, 10. Giorgi Papunaşvili, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 17. Ayron Qomis, 19. Salifu Suma
Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 70. İssa Cibrila, 15. Pyer Zebli, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

Misli Premyer Liqası