“Zirə” “Lokomotiv”in futbolçusu ilə razılığa gəldi
29.07.2023 - 15:15
“Zirə” “Lokomotiv”in futbolçusu ilə razılığa gəldi

Apasport.az saytının məlumatına görə, Bakı klubu yeni mövsümün startı ərəfəsində heyətinə daha bir futbolçu qatmağa yaxındır.

Qəsəbə təmsilçisi Pyer Zeblinin xidmətində maraqlıdır. Fil dişi Sahilindən olan 26 yaşlı yarımmüdafiəçi Bolqarıstanın “Lokomotiv”(Plovdiv) klubuna məxsusdur.

Afrikalının Ploviv klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-da başa çatacaq. Zeblinin razılığını alan “Zirə” Bolqarıstan təmsilçisi ilə danışıqlar aparır.

Qeyd edək ki, Pyer karyerası ərzində “İnter”, “Peruca”, “Genk”, “Askoli”, “Tsarsko Selo” klublarının formasını geyinib. 
 

0