"Zirə" ölkə çempionatının finalında
19.02.2025 - 22:26

Minifutbol üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu gün yarımfinalın iki matçı baş tutub.
"Zirə" "Aznur"u 4:0, "Birbaşa" isə "Qalaksi"ni 3:0 məğlub edib. Hər iki komanda ilk görüşdə də qələbə qazandığından həlledici duelə vəsiqə qazanıb.
Hər iki qarşılaşma Bakı Tennis Akademiyasında keçirilib.
Qeyd edək ki, "Zirə" və "Birbaşa" komandaları arasındakı final görüşü martın 11-də keçiriləcək.
0
0