
"Zirə" yeni mövsümdə daha bir legionerini heyətdə saxlamaq istəyir.
Apasport.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisi komandanın aparıcı futbolçusuna çevrilən Giorgi Papunaşvilini heyətdə saxlamaq üçün danışıqlara başlayıb.
Klub onun müqaviləsini uzatmaq istəyir. Tərəflər arasında razılıq əldə olunacağı gözlənilir.
Ötən mövsümü "Kəpəz"də keçirmiş Papunaşvili mövsümün əvvəlində "Zirə" ilə anlaşmışdı. 29 yaşlı futbolçu karyerası ərzində "Dinamo" (Tbilisi), "Verder", "Saraqosa", "Apollon", "Torpedo" (Kutaisi), "Radniçki", "Samtrediya", "Telavi" komandalarında çıxış edib.
Papunaşvili Gürcüstan millisində 16 görüşdə iştirak edib və 3 qol vurub.
- "Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb - RƏSMİ
- Elgiz Abbasov: "Hazırda 4 stadionda problem mövcuddur"
- Premyer Liqada stadion dəyişiklikləri baş verib
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”