“Zirə” "Qəbələ"ni məğlub edib - YENİLƏNİB
25.08.2025 - 20:57
“Zirə” "Qəbələ"ni məğlub edib - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında II tura yekun vurulub.

Apasport.az xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutub.

"Qəbələ" öz meydanında "Zirə" ilə qarşılaşıb. Oyuna saat 19:00-da start verilib.

Matç qonaqların qələbəsi ilə yekunlaşıb - 1:2. 

Misli Premyer Liqası
II tur

19:00. "Qəbələ" – "Zirə" 1:2
Qol: 
Nicat Əliyev, 16, Ceyhun Nuriyev, 31, , 45+1
Baş hakim: İnqilab Məmmədov
Qəbələ şəhər stadionu