Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” ilk yoxlama oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Rəşad Sadıqovun yetirmələri “Kindia” ilə qarşılaşıb.
Rumıniya təmsilçisi ilə qarşılaşma erkən qollarla başlayıb. Oyunun əvvəlində qapısında qol görən Bakı klubu 15-ci dəqiqədə Coşqun Diniyevin penalti zərbəsi ilə hesaba tarazlıq gətirib.
3 dəqiqə sonra Toni Qomes “Zirə”ni önə çıxaran qolun müəllifi olub. “Kindia” fasiləyədək status-kvonu bərpa edə bilib.
Sadıqovun komandası qələbə qolunu ikinci yarının ortalarında vurub. Hamidu Keyta 70-ci dəqiqədə matçda son nöqtəni qoyub – 3:2.
Qeyd edək ki, yanvarın 2-də Türkiyəyə yollanan “Zirə” daha 2 yoxlama oyunu keçirəcək. Qəsəbə klubu yanvarın 17-də Seqed-Çanad Qroşiç Akademiyası və "Radniçki" (Serbiya) klubları ilə qarşılaşacaq.
Yoxlama oyunu
10 yanvar
15:00. "Zirə" – “Kindia" (Rumıniya) – 3:2
Coşqun Diniyev, 15 (pen.), Toni Qomes, 18, Hamidu Keyta, 70
“Fanatik Tur” meydançaları
- Rövşən Nəcəf: “Azərbaycan futbolu yalnız Premyer Liqadan ibarət deyil”
- FIFA rəsmisi: “Azərbaycan futbolu Avropada etimad qazanır”
- Azərbaycan klublarına UEFA-dan ayrılan maliyyə vəsaiti açıqlanıb
- AFFA-nın illik gəliri açıqlandı: ən böyük pay kimə məxsusdur?
- AFFA açıqladı: BU STADİONLAR TƏMİRƏ BAĞLANACAQ