“Zirə” rəhbərliyindən komandaya dəstək
04.08.2023 - 23:26
“Zirə” rəhbərliyindən komandaya dəstək

“Zirə”nin rəhbərliyi bu gün komanda ilə görüş keçirib.

Apasport.az-ın məlumatına görə, görüşdə Müşahidə Şurasının sədri Orxan Məmmədov, klubun prezidenti Taleh Nəsibov və digər rəhbər şəxslər iştirak ediblər.

Görüşdə Orxan Məmmədov yeni mövsümdə komandaya inandığını bildirərək, futbolçu və məşqçi heyətinə uğurlar arzulayıb. Daha sonra klub rəhbərliyi mövsümün start oyunundan əvvəl keçirilən son məşqi izləyib.

Qeyd edək ki, “Zirə” sabah Premyer Liqanın 1-ci turunda “Qarabağ”la qarşılaşacaq.
 

0