“Zirə” yarımfinalda uduzdu, 3-cü yer uğrunda oynayacaq
09.09.2023 - 13:09

Rumıniyanın Oradea şəhərində minifutbol üzrə EMF Çempionlar Liqasında yarımfinal oyunları keçirilib.
Apasport.az saytı xəbər verir ki, “Zirə” finala gedən yolda Monteneqronun “Sabornoq Hrama” komandası ilə qarşılaşıb.
Görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Elşad Quliyevin yetirmələri 3-cü yer uğrunda matçda Rumıniyanın AEK klubunu sınağa çəkəcək.
Qeyd edək ki, Çempionlar Liqasında digər təmsilçimiz “Birbaşa Bakı” 1/4 finalda mübarizəni dayandırıb. Onların yolunu isə AEK kəsib.
- Cavid Hüseynov: "Qarabağ" böyük klublara qarşı daha rahat oynamağa başlayıb"
- "Yersiz-yurdsuz" "Araz" Mərdəkandan da oldu: ORADA OYNAYACAQLAR
- Rahid Əmirquliyev: “Qarabağ” Avropada səs-küy yaradıb”
- Bir matça belə çıxmadı - "Zirə"dən ayrıldı
- Millimizin baş məşqçisi: “Qazaxıstanla oyunları yüksək səviyyədə keçirməyə çalışacağıq”
0
0