Zirədə 4 qol - YENİLƏNİB
03.03.2023 - 19:01
Zirədə 4 qol - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında XXV tura start verilib.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçı Zirədə təşkil olunub. Qəsəbənin eyniadlı klubu “Şamaxı”nı sınağa çəkib.

Hesabı ilk hissədə Rəşad Sadıqovun yetirmələri açıblar. Lakin ikinci 45 dəqiqədə "Şamaxı" 2 dəfə fərqlənərək önə keçib. Matçın başa çatmasına 11 dəqiqə qalmış isə status-kvo bərpa olunub. 4 qolun vurulduğu görüşdə komandalar meydandan 1 xalla ayrılıblar.

Qeyd edək ki, tura martın 5-də yekun vurulacaq.

Misli Premyer Liqası
XXV tur
3 mart (cümə)
17:00. “Zirə” – “Şamaxı” - 2:2
Qollar: 
Hamidu Keyta, 29, Nihat Quliyev, 79 (avtoqol) - Amil Yunanov, 60 (pen.), Kamran Quliyev, 73
Baş hakim: İnqilab Məmmədov
“Zirə”: 1. Mehdi Cənnətov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 96. Donald Gerye, 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 11. Rüstəm Əhmədzadə, 38. Ramiz Muradov, 70. İssa Cibrila, 17. Toni Qomes, 7. Filipe Paxtman, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
“Şamaxı”: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 9. Amil Yunanov, 90. Əli Səmədov, 16. Fuad Bayramov, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 22. Elçin Mustafayev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 80. Zahid Mərdanov
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 15. Emin Zamanov, 70. Bahadur Həziyev, 11. Kamran Quliyev, 4. Arsen Ağcabəyov, 21. Qurban Səfərov, 23. Rövşən Şahmuradov, 29. Ramin Əhmədov
Baş məşqçi: Vüqar Əsgərli
Zirə İdman Kompleksinin stadionu

1

Qarabağ

24

19

5

0

58-14

62

2

Sabah

24

16

5

3

51-18

53

3

Neftçi

24

15

4

5

42-22

49

4

Zirə

25

10

6

9

29-33

36

5

Qəbələ

24

8

8

8

28-28

32

6

Turan Tovuz

24

7

5

12

19-29

26

7

Kəpəz

24

4

8

12

24-44

20

8

Şamaxı

25

4

8

13

23-40

20

9

Sumqayıt

24

4

6

14

16-40

18

10

Səbail

24

4

5

15

19-41

17

Bombardirlər: Musa Qurbanlı - 16 qol, Ramil Şeydayev (hər ikisi "Qarabağ") - 15 qol

0