“Zirə”də 5 yeni müqavilə
11.06.2022 - 17:42
“Zirə”də 5 yeni müqavilə

“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini artırıb.

Apasport.az xəbər verir ki, bu barədə paytaxt klubu sosial şəbəkə vasitəsilə məlumat yayıb.

Bildirilib ki, bakılılar Qismət Alıyev və İlkin Muradovla 2, Ruslan Abışov və Anar Nəzirovla isə 1 illik yeni müqavilə bağlayıb.

Bundan başqa “Qarabağ”dan icarəyə götürülən Hacıağa Hacılının icarə müqaviləsi növbəti mövsümün sonuna qədər uzadılıb.

0