“Zirə”də üç müqavilə
23.06.2023 - 18:32
“Zirə”də üç müqavilə

“Zirə” 3 futbolçu ilə müqavilə müddətini artırıb. 

Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.

Son 3 mövsümü icarə əsasında komandada keçirən Hacıağa Hacılı ilə 2, Anar Nəzirovla isə 1 illik müqavilə imzalanılıb. Həmçinin, ötən mövsümü icarə əsasında “Zirə”də çıxış etmiş Rüstəm Əhmədzadə daha bir illik icarəyə götürülüb. 

“Qarabağ”a məxsus hücumçu növbəti mövsümün sonuna qədər qəsəbə klubunda çıxış edəcək.
 

0