“Zirə”nin ikinci komandasının yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.
I divizionda mübarizə aparan “Zirə-2”ni Zaur Həşimov çalışdıracaq. Klubun futbol akademiyasının rəhbəri ikinci komandaya baş məşqçi təyin edilib.
42 yaşlı mütəxəssis cari mövsümün sonuna qədər bu vəzifəni icra edəcək. O, Azər Məmmədovun komandadan ayrılmasından sonra boş qalan postu tutub. İkinci dövrənin ilk matçında isə komandanı meydana məşqçi Hacı Əhmədov çıxarıb.
Qeyd edək ki, Həşimov məşqçilik karyerasında “Zirə”nin əsas komandasında əvvəl köməkçi, sonra baş məşqçi olub. O, həmçinin Azərbaycanın U-18 yığmasına rəhbərlik edib.
- Bakıda “Formula 1” rekordu: XARİCİ QONAQLARIN SAYI 16 MİNİ KEÇDİ
- Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd olunub - FOTO
- Mahir Emreli azarkeşlərə səsləndi: “Gəlib bizi dəstəkləsinlər”
- “Qəbələ” iki yoxlama matçı keçirəcək - RƏSMİ
- Vüsal İsgəndərli: "Biz də istəyirik ki, qol vuraq, amma..."