"Zirə"dən 3-cü heç-heçə
28.07.2023 - 19:06
"Zirə"dən 3-cü heç-heçə

Yeni mövsümə Türkiyədə hazırlaşan “Zirə” növbəti yoxlama oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Rəşad Sadıqovun yetirmələri Bolu toplanışında üçüncü matçına çıxıb.

Qəsəbə təmsilçisinin qardaş ölkədəki son rəqibi “Kocaelispor” olub. Görüş “Fənərbaxça” Topuk Yaylasının meydançasında baş tutub. Bu matç da "sülh"lə yekunlaşıb. Komandalar 90 dəqiqə ərzində qapılara yol tapa bilməyiblər.

28 iyul

Yoxlama oyunu

“Zirə” – “Kocaelispor” – 0:0

Qeyd edək ki, “Zirə” Boludakı ilk matçında “Fatih Karagümrük”lə qolsuz, Tanzaniyanın “Simba” klubu ilə 1:1 hesablı heç-heçə edib.

0