“Zirə”dən böyükhesablı qələbə - YENİLƏNİB
06.05.2023 - 18:21
“Zirə”dən böyükhesablı qələbə - YENİLƏNİB

Misli Premyer Liqasında XXXIII turun daha bir matçı keçirilib. 

Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə bir qarşılaşma baş tutub.

Yeganə görüş Şamaxıda təşkil olunub. Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Şamaxı”  öz meydanında “Zirə”ni qəbul edib.

Avrokuboklara sonuncu vəsiqəyə iddialı olan Rəşad Sadıqovun yetirmələri səfər sınağında vacib üç xal qazanıb. Bakı klubu hesabı ilk yarıda açıb. Vladislav Kulaç fərqlənib. İkinci yarıda Hamidu Keyta  və Rüstəm Əhmədzadənin qolları böyükhesablı qələbəni rəsmiləşdirib – 3:0.

Qeyd edək ki, tura mayın 8-də yekun vurulacaq.

Misli Premyer Liqası
XXXIII tur
6 may (şənbə)
16:30. “Şamaxı” – “Zirə” - 0:3
Qollar: 
Vladislav Kulaç, 34,  Hamidu Keyta, 57, Rüstəm Əhmədzadə, 82
Baş hakim: Cavid Cəlilov
“Şamaxı”: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 9. Amil Yunanov, 15. Emin Zamanov, 16. Fuad Bayramov, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 18. Cəlal Hüseynov, 80. Zahid Mərdanov
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 8. Kamal Mirzəyev, 27. İbrahim Aslanlı, 90. Əli Səmədov, 70. Bahadur Həziyev, 4. Arsen Ağcabəyov, 83. Nihad Quliyev, 21. Qurban Səfərov, 97. Tapdıq Əhmədov, 23. Rövşən Şahmuradov, 29. Ramin Əhmədov
Baş məşqçi: Vüqar Əsgərli
“Zirə”: 41. Anar Nəzirov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 9. Loris Broqno, 19. Vladislav Kulaç, 14. Hamidu Keyta, 5. Moiz Adileu, 70. İssa Cibrila, 26. Nemanya Andelkoviç, 6. Eldar Quliyev
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 23. Andriya Lukoviç, 44. Dmitrios Çantakias, 28. Abbas İbrahim, 17. Toni Qomes
Baş məşqçi: Rəşad Sadıqov
Şamaxı şəhər stadionu

1

Qarabağ

32

25

6

1

81-22

81

2

Sabah

33

24

5

4

71-23

77

3

Neftçi

32

18

7

7

58-32

61

4

Qəbələ

32

13

9

10

45-41

48

5

Zirə

33

12

9

12

41-45

45

6

Turan Tovuz

32

8

8

16

27-43

32

7

Kəpəz

33

6

11

16

31-57

29

8

Sumqayıt

32

7

7

18

23-59

28

9

Şamaxı

33

4

11

18

25-50

23

10

Səbail

32

5

7

20

26-56

22

Bombardirlər: Musa Qurbanlı ("Qarabağ") - 20 qol, Ramil Şeydayev ("Qarabağ") - 19 qol, Coy Lens Mikels ("Sabah") - 17 qol, Emin Mahmudov ("Neftçi") - 16 qol, Aleksey Kaşuk ("Sabah") - 16 qol

0