"Zirə"dən kritik həmlə: LEGİONERLƏR KOMANDADA QALDI
11.06.2026 - 10:50
"Zirə" 5 futbolçu ilə müqavilə müddətini uzadıb.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Bakı təmsilçisi Eren Aydınla 3, Davit Volkov, Aydın Bayramov, Elçin Əlicanovla 2 illik yeni müqavilə imzalayıb.
Həmçinin 2025/2026 mövsümünün əvvəlində 1+1 illik müqavilə imzalanan Enrike Kustodionun anlaşmasındakı bir illik yeni müqavilə bəndi qüvvəyə minib.
0
0