“Zirə”dən seriyaya davam, “Turan-Tovuz” uduzdu - YENİLƏNİB
26.08.2023 - 21:25
“Zirə”dən seriyaya davam, “Turan-Tovuz” uduzdu - YENİLƏNİB

Misli Premyer Liqasının növbəti oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, bu gün IV turun iki matçı baş tutub.

Günə Tovuzda start verilib. Mövsümdə ilk ev qarşılaşmasına çıxan “Turan Tovuz” məğlubiyyət acısı yaşayıb. “Səbail” rəqıb meydanında 3:1 hesabı ilə qələbə qazanıb. Bu, paytaxt klubunu mövsümdə ilk 3 xalı olub.

Turun mərkəzi qarşılaşması Zirədə baş tutub. Qəsəbənin eyniadlı klubu uğurlu çıxışını davam etdirib. İlk üç turda qələbə qazanan Rəşad Sadıqovun yetirmələrinin budəfəki qurbanı “Sabah” olub. Cəzalı olduğundan texniki zonadan kənarda qalan Murad Musayevin komandası ardıcıl ikinci oyunda xal itkisi yaşayıblar. Kulaçın 2-ci dəqiqədə vurduğu qol qarşılaşmanın taleyini həll edib.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

Misli Premyer Liqası
IV tur
26 avqust (şənbə)

17:00. “Turan Tovuz” – “Səbail” - 1:3
Qollar: 
Roderik Miller, 84 - Aleksandr Ramalinqom, 5, Yusif Nəbiyev, 62, Ağabala Ramazanov, 90
“Turan Tovuz”: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 5. Roderik Miller, 8. Piruzi Marakvelidze, 23. Alexandro Serrano, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 79. Martin Petkov
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 60. Səbayıl Bağırov, 9. Belajdi Pusi, 80. Otto Con, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov
“Səbail”: 1. Səlahət Ağayev, 6. Cabir Əmirli (k), 74. Yusif Nəbiyev, 8. Bahadur Həziyev, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 44. Yadin Luqasi 
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 10. Ağabala Ramazanov, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 21. Anas Najah 
Baş məşqçi: Şahin Diniyev
Baş hakim: Tural Qurbanov
Tovuz şəhər stadionu

19:30. “Zirə” – “Sabah” - 1:0
Qol: 
Vladislav Kulaç, 2
“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 5. Stefan Aka, 23. Andriya Lukoviç, 7. Filipe Paxtman, 19. Salifu Suma
Baş məşqçi: Rəşad Sadıqov
“Sabah”: 1. Yusif İmanov, 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev (k), 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 7. Boyan Letiç, 44. Sofian Çakla, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 12. Vinsent Til
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 77. Namik Ələskərov, 4. Elvin Camalov, 5. Rəhman Daşdəmirov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 24. Maruan Hadudi, 18. Davit Volkov, 27. Jarl Marqarita
Məşqçi: Artur Olenin
Baş hakim: Elçin Məsiyev
Zirə İdman Kompleksinin stadionu

 

1 Zirə 4 4 0 0 5-1 12
2 Sumqayıt 3 2 1 0 7-3 7
3 Qarabağ 3 2 0 1 5-2 6
4 Turan Tovuz 4 2 0 2 6-6 6
5 Sabah 3 1 1 1 6-2 4
6 Səbail 4 1 1 2 6-8 4
7 Araz Naxçıvan 4 1 1 2 4-6 4
8 Kəpəz 3 1 0 2 1-3 3
9 Neftçi 3 0 2 1 2-3 2
10 Qəbələ 3 0 0 3 1-9 0

Bombardirlər: Martin Petkov ("Turan Tovuz") - 3 qol, Adama Diakabi ("Qarabağ"), Abdullah Zubir ("Qarabağ"), Rövlan Muradov ("Sumqayıt") - 2 qol

0