“Zirə”nin futbolçusu mükafatlandırılıb
17.04.2026 - 23:18
"Misli" və Peşəkar Futbol Liqasının birgə keçirdiyi "Ayın qolu" layihəsi çərçivəsində mart ayının ən yaxşı qolunun müəllifi olan Eren Aydın mükafatlandırılıb.
Apasport.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
"Zirə" klubunun futbolçusuna mükafatı Misli Premyer Liqasının XXVIII turunun "Zirə" – "Neftçi" görüşünün fasiləsində Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.
0
0