“Zirə”nin futbolçusu Premyer Liqada 100 oyun keçirən ilk yunan oldu
04.03.2024 - 11:57
![“Zirə”nin futbolçusu Premyer Liqada 100 oyun keçirən ilk yunan oldu](https://apasport.az/storage/news/2024/march/04/big/65e5781170c8f65e5781170c90170953729765e5781170c8d65e5781170c8e.png)
“Zirə”nin futbolçusu Dmitrios Çantakias Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Apasport.az xəbər verir ki, 29 yaşlı müdafiəçinin yubileyi Misli Premyer Liqasının XXV turuna təsadüf edib.
Yunanıstanlı futbolçu “Turan Tovuz”la ev görüşündə (1:1) 90 dəqiqə meydanda olub. O, “Zirə”nin heyətində çıxdığı 100 Premyer Liqa qarşılaşmasında 6 qol vurub.
Dmitrios 2020/21 mövsümündən qəsəbə klubunda çıxış edir. O, Azərbaycan çempionatları tarixində 100 oyun keçirən ilk yunanıstanlı legioner olub.
0
0