Misli Premyer Liqasının XXXI turu “Zirə”nin futbolçusu Davit Volkov üçün əlamətdar olub.
Apasport.az xəbər verir ki, o, turnirdə 200-cü oyununu keçirib.
Gürcüstanlı legioner “İmişli” ilə səfər matçının (0:0) 61-ci dəqiqəsində meydana daxil olub. Hücumçu 200 görüşdə 60 qola imza atıb.
Debütü 2018/19 mövsümünə təsadüf edən Volkov Premyer Liqada üç klubda çıxış edib. O, “Qəbələ”də 27 (7 qol), “Sabah”da 63 (16 qol), “Zirə”də 110 (37 qol) matçın iştirakçısı olub.
Qeyd edək ki, Davit Premyer Liqada 200-cü oyunu cari mövsümə təsadüf edən 5-ci futbolçudur. Onadək Filip Ozobiç, Elvin Bədəlov, Elvin Yunuszadə və Abdullah Zubir buna nail olub.
- “Formula 2” Bakı Qran-prisinin ikinci böyük səhnəsi: Sürət, rəqabət və adrenalin - FOTOLENT
- “Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı - RƏSMİ
- Tiaqo Silva “Şəfa”da
- Şəhid Jurnalistlərin xatirəsinə həsr olunan Minifutbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək - FOTO
- Rusiya ilə İran yoldaşlıq görüşündə üz-üzə gələcək