!["Zirə"nin hücum planı - Klub qərarını verdi](https://apasport.az/storage/news/2025/february/14/big/67af3a68a813167af3a68a8132173953700067af3a68a810e67af3a68a8130.jpg)
“Zirə” daha bir legioneri ilə danışıqlara start verib.
Apasport.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisi Davit Volkovu heyətində saxlamaq niyyətindədir.
Klub onunla müqavilə müddətini daha bir il artırmağı planlaşdırır. Tərəflər arasında bu istiqamətdə danışıqlar aparılır.
Davit Volkov "Zirə" ilə yeni müqavilə imzalayacaq?
Gürcüstanlı hücumçunun özünün də “Zirə”də qalmaq istəyində olduğu bildirilir. 29 yaşlı hücumçunun qəsəbə təmsilçisi ilə sözləşmə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Davit Volkovun karyerası və oynadığı klublar
Volkov karyerası ərzində bir neçə klubun şərəfini qoruyub. O, ölkəsində “Qaqra”, “Dinamo” (Tbilisi), “Çixura”, “Sioni”, “Saburtalo”da çıxış edib.
Futbolçu həmçinin Serbiyada legioner həyatı yaşayıb. Volkov “Zemun”un uğurları üçün çalışıb.
Forvard həm də Azərbaycanda çıxış edib. O, “Qəbələ” və “Sabah” klublarında oynayıb.
İssa Cibrilla və Salifu Suma "Zirə"də qalır
"Zirə" Volkova qədər daha iki futbolçusu ilə bağlı qərarını verib. Klub İssa Cibrilla və Salifu Sumanı heyətində saxlayıb (oxu).
Klub bir müddət əvvəl onların hər ikisi ilə müqavilə müddətini artırıb.