“Zirə”nin Türkiyədə ilk rəqibi dəqiqləşdi
20.07.2023 - 13:36
“Zirə”nin Türkiyədə ilk rəqibi dəqiqləşdi

“Zirə”nin Türkiyədəki ilk oyununun yeri və vaxtı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” ilk yoxlama oyununa sabah çıxacaq. Rəşad Sadıqovun yetirmələri “Fatih Karagümrük”lə qarşılaşacaq. 

Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Qarşılaşma “Fenerbahçe Topuk Yaylası”nın meydançasında təşkil olunacaq.

Qeyd edək ki, Zirənin eyniadlı klubu qonşu ölkədə üç matç keçirəcək.

0