“Zirə”nin aparıcı üzvü Salifu Suma komandanı tərk edə bilər.
O, Misli Premyer Liqasında mübarizə aparan bir neçə klubun maraq dairəsindədir.
Apasport.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisinin legioneri iddialı klubların transfer siyahısındadır.
“Zirə” isə qvineyalı futbolçusunu başqa komandaya buraxmaq fikrində deyil. Bu səbəbdən onun müqavilə müddətinin artırılması gözlənilir.
Artıq tərəflər arasında danışıqlar başlayıb və Suma özü də, “Zirə”də qalmağa müsbət yanaşır.
Qeyd edək ki, 21 yaşlı yarımmüdafiəçinin “Zirə” ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
O, bundan əvvəl “Bastiya” və “Havr” komandalarında oynayıb.
- Günün canlı yayımlanacaq matçları
- Millimizin İslandiya və Fransa yığmalarına qarşı matçlarının biletləri satışa çıxarılıb
- “Kəpəz” gürcüstanlı futbolçu ilə yollarını ayırıb - RƏSMİ
- “Neftçi”dən azarkeşlərinə şad xəbər: KUBOK MATÇINA GİRİŞ PULSUZ OLACAQ
- Daniel Seqovia: “Neftçi”də qalmaq istədim, amma alınmadı”