Zubir Avropa klublarının hədəfində
19.02.2024 - 10:54
Zubir Avropa klublarının hədəfində

Abdullah Zubir yayda "Qarabağ"dan ayrıla bilər. 

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, Almaniyanın "Auqsburq" və Şotlandiyanın "Seltik" klubu 32 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.

2018-ci ildə "Lans"dan "Qarabağ"a keçən 32 yaşlı oyunçunun "köhlən atlar"la müqaviləsi mövsümün sonuna qədərdir.

Qeyd edək ki, Zubir bu mövsüm 39 oyunda çıxış aktivinə 11 qol, 10 məhsuldar ötürmə yazdırıb. 

0