“Nyu-York Niks” 53 ildən sonra NBA çempionu olub.
Apasport.az xəbər verir ki, Nyu-York təmsilçisi final seriyasında “San-Antonio Spörs”ü məğlub edərək tarixi uğura imza atıb.
Seriyanın 5-ci matçı San-Antonioda keçirilib.
Gərgin mübarizə şəraitində baş tutan görüşdə “Niks” 94:90 hesablı qələbə qazanıb.
Bu nəticədən sonra final seriyasında ümumi hesab 4:1 olub və “Nyu-York Niks” 1973-cü ildən sonra ilk dəfə NBA çempionu titulunu qazanıb.
Komandanın lideri Ceylen Branson həlledici qarşılaşmanın əsas qəhrəmanı olub. Ulduz basketbolçu 45 xal toplayaraq “Niks”i çempionluğa daşıyıb. O, final seriyasındakı çıxışına görə NBA finalının ən dəyərli oyunçusu – MVP seçilib.
“Niks” matçın gedişində çətin anlar yaşasa da, son periodda üstün oyun sərgiləyərək geri dönüş etməyi bacarıb. Xüsusilə Bransonun həlledici dəqiqələrdəki performansı Nyu-York klubuna uzun illərdən sonra çempionluq sevinci yaşadıb.
Qeyd edək ki, “Nyu-York Niks” sonuncu dəfə 1973-cü ildə NBA çempionu olmuşdu.