ABL: IX tura yekun vurulub
14.12.2025 - 18:28
ABL: IX tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında IX tura yekun vurulub.

Apasport.az xəbər verir ki, turun son günündə "Abşeron Lions" "Neftçi" ilə üz-üzə gəlib.

"Sərhədçi" İdman Mərkəzində baş tutan A qrupunun matçında "Abşeron Lions" qələbə qazanıb - 88:72.

9 turdan sonra "Sabah" və "Ordu" klubları maksimum nəticə ilə müvafiq olaraq "A" və "B" qruplarına başçılıq edirlər.

Qeyd edək ki, 9-cu turun "Sabah" - "Gəncə" oyunu, "Sabah" klubunun 16 dekabr Almaniyada basketbol üzrə Çempionlar Liqasında "Alba" klubuna qarşı baş tutacaq oyununa görə təxirə salınıb.