ABL: “Naxçıvan”dan səfərdə qələbə
04.02.2025 - 21:28
ABL: “Naxçıvan”dan səfərdə qələbə

Bu gün kişilər arasında Azərbaycan Basketbol Liqasında XIV tura start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub.

Yeganə qarşılaşma Abşeron OİK-də keçiriləib. Liderin ən yaxın izləyicisi “Naxçıvan” turnir cədvəlindəki qonşusu “Abşeron”u sınağa çəkib. Oyuna yaxşı başlayan qonaqlar fasiləyə 10 xal üstünlüklə yollanıblar. Sonadək öndə olan "Naxçıvan" qələbə sayəsində 1-ci pilləyə yüksəlib.

Azərbaycan Basketbol Liqası
XIV tur

19:00. “Abşeron” – “Naxçıvan” - 70:76 (12:17, 16:21, 18:20, 24:18)

0