ABL: “Ordu” və “Sərhədçi”dən qələbə
26.10.2024 - 23:55
ABL: “Ordu” və “Sərhədçi”dən qələbə

Bu gün Azərbaycan Basketbol Liqasının A və B qrupunda növbəti oyunlar keçirilib.

Apasport.az xəbər verir ki, hər 2 matç Bakıda baş tutub.

İlk turda “Sabah”a uduzan “Sərhədçi” NTD-ni məğlub edən “Abşeron”u sınağa çəkib. Meydan sahibləri 9 xal hesabı ilə üstün olublar.

Ötən tur “Sumqayıt”dan üstün olan “Ordu” isə ilk oyununda “Quba”ya qalib gələn “Şəki”i ilə qarşılaşıb. Daha yaxşı oynayan "Ordu" basketbolçuları qələbəni bayram ediblər.

Qeyd edək ki, A qrupunda II turun ilk görüşündə “Naxçıvan” NTD-yə 72:71 hesabı ilə qaıib gəlib. B qrupunun ilk matçında isə “Lənkəran” “Sumqayıt səfərində ilk qələbəsini qazanıb - 93:71. Oktyabrın 26-da “Ordu” – “Şəki”, “Sərhədçi” – “Abşeron” görüşləri keçiriləcək. Tura oktyabrın 27-də “Neftçi” - “Sabah”, “Gəncə” – “Quba” matçları ilə yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
II tur

26 oktyabr

B qrupu
12:30. "Ordu" - "Şəki" - 104:84 (26:19, 31:19, 25:27, 22:19)
Bakı İdman Sarayı

19:00. "Sərhədçi" – “Abşeron” - 79:70 (21:17, 23:13, 14:16, 21:24)
Sərhədçi İdman Mərkəzi

0