ABL: X tura yekun vurulub
21.12.2025 - 20:49
Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub.
Apasport.az xəbər verir ki, son oyun günündə "Neftçi" NTD ilə üz-üzə gəlib.
Görüş "ağ-qaralar"ın 106:89 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, X turda "Sərhədçi" "Sumqayıt"ı (86:83), "Naxçıvan" "Quba"nı (78:69), "Ordu" "Lənkəran"ı (84:72), "Gəncə" "Şəki"ni (78:73) "Abşeron Lions" "Sabah"ı (101:97) məğlub edib.
0
0