Amerikalı basketbolçu: "Azərbaycanı çox sevirəm"
01.12.2025 - 11:56
Amerikalı basketbolçu: "Azərbaycanı çox sevirəm"

"Sumqayıt"ın amerikalı basketbolçusu Si Cey Cons klubun mətbuat xidmətinə açıqlama verib. 

Apasport.az xəbər verir ki, o, Azərbaycanı çox sevdiyini bildirib: 

"Sumqayıtı, həmçinin Bakını çox sevirəm. Hər gün səhər yuxudan durarkən pəncərəmdən dənizi seyr etmək çox gözəldir. Burada heç nədən şikayət edə bilmərəm. İnsanları, yeməkləri və bütünlüklə Azərbaycanı çox sevirəm".

Cons kollektiv daxilindəki ab-hava və cari mövsümdəki çıxışları haqda da fikirlərini bölüşüb:

"Komandada hər şey qaydasındadır. Bir-birimizi çox yaxşı başa düşürük. Həm meydanda, həm də ondan kənarda çox yaxşı vaxt keçiririk. Pis nətiələrin əsas səbəbi komandamızın tam formalaşmaması və bəzi oyunçuların yoxluğu idi. Hər kəs məşqçinin işini bəyənir və onun dediklərinə əməl edir. Biz növbəti oyunlarda ardıcıl qələbələr qazanmaq niyyətindəyik. Pley-offa vəsiqə qazanmaq üçün çox yaxşı şansımız var. Uzun müddətli plana baxsaq, bunu gerçəkləşdirəcəyimizi düşünürəm".