Avropa Kuboku: “Neftçi”nin oyunçusu oktyabr ayının ən yaxşısı seçilib
05.11.2025 - 10:36
“Neftçi”nin oyunçusu Devonte Qrin FIBA Avropa Kuboku turnirində oktyabr ayının ən yaxşı basketbolçusu seçilib.
Apasport.az xəbər verir ki, 28 yaşlı basketbolçu ay ərzində hər oyunda orta hesabla 21,0 xal, 7,7 ribaund və 3,0 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Neftçi” FIBA Avropa Kubokunun I qrupunda mübarizə aparır. Komanda qrupda keçirdiyi matçlarda Polşanın “Kalev” kollektivini (95:84) və digər Azərbaycan təmsilçisi “Abşeron Lions”u (104:86) məğlub edib, Polşanın”Trefl” klubuna (63:92) isə uduzub.
- Donçiçin 41 xalı “Leykers”i xilas etmədi – NBA-da gecənin nəticələri
- Çempionlar Liqası: “Sabah” ilk qələbəsini qazandı - YENİLƏNİB
- "Gəncə" basketbol komandasının yeni baş məşqçisi bəlli olub
- Alperen Şengündən möhtəşəm performans – NBA-da gecənin nəticələri
- Donçiçdən 52 xallıq şou – NBA-da gecənin nəticələri
0
0