Azərbaycan basketbol tarixində ilk dəfə FIBA Avropa Kubokunda regionu təmsil edən "Gəncə" qitəmiqyaslı turnirdə ev oyunlarını doğma şəhərdə keçirəcək.
Apasport.az xəbər verir ki, Qərb təmsilçisi turnirin qrup mərhələsində 5 ev oyununda rəqiblərini Gəncə İdman Sarayında qəbul edəcək.
Ən müasir standartlara cavab verən idman qurğusunda təşkil olunacaq qarşılaşmalar Gəncə basketbolunun beynəlxalq arenada təmsilçiliyi baxımından əlamətdar hadisə olacaq.
Qeyd edək ki, FIBA Avropa Kubokunun C qrupunda yer alan "Gəncə" "Universitatya Krayova" (Rumıniya), "Sportinq" (Portuqaliya), "Rilski Sportist" (Bolqarıstan), "Kolossos" (Yunanıstan) və "Esenler Erokspor"la (Türkiyə) üz-üzə gələcək.
- “Əvvəl diplom, sonra milyonlar” – NBA əfsanəsindən övladlarına şərt
- Alperendən 19 xal, "Hyuston"dan növbəti qələbə – NBA-da günün nəticələri
- “Neftçi” Yunanıstan klubuna qalib gəldi - YENİLƏNİB
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB