Basketbol Liqasında müntəzəm çempionata yekun vurulub
28.04.2024 - 16:00
Basketbol Liqasında müntəzəm çempionata yekun vurulub

Bu gün Azərbaycan Basketbol Liqasında müntəzəm çempionata yekun vurulub.

Apasport.az xəbər verir ki, son oyun Xaçmazda baş tutub.

NTD-İNDİQO öz meydanında autsayder Şəkini qəbul edib. Görüşün favoriti hesab olunan Xaçmaz basketbolçuları 15 xal fərqi ilə qalib gəliblər. Tahir Baxşıyevin komandası pley-offa 2-ci pillədən yollanıb.

Qeyd edək ki, turun ilk 3 görüşündə "Sabah" "Xəzri"yə 77:65, "Xırdalan" "Cəlilabad"a 90:84, "Neftçi" "Sərhədçi"yə 73:69, "Gəncə" "Sumqayıt"a 86:82 hesabı ilə qalib gəlib.

27 aprel
XVIII tur
14:00. NTD-İNDİQO – "Şəki" - 85:70 (16:13, 27:20, 17:20, 25:17)

Xaçmaz Olimpiya İdman Kompleksi

0