Basketbol Liqasında pley-off oyunları başlayır
30.04.2024 - 09:34
Basketbol Liqasında pley-off oyunları başlayır

Bu gün Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start veriləcək.

Apasport.az xəbər verir ki, ilk oyun günündə "Xırdalan" və "Neftçi" qarşılaşacaq. 

"Sərhədçi" İdman Mərkəzində keçiriləcək 1/4 final matçının start fiti saat 19:30-da səslənəcək. Komandalar arasında ikinci oyun mayın 2-də baş tutacaq.

1/4 finalın "Xəzri" - "Sərhədçi" görüşü sabah keçiriləcək.

Qeyd edək ki, pley-off seriyasında ən tez iki qələbə qazanan klublar yarımfinala yüksələcəklər. Seriyada bərabərlik olarsa, o zaman 3-cü oyun gerçəkləşəcək.

0