ÇL: “Sabah” mövsümdə ilk qələbəsini qazanıb
09.12.2025 - 22:57
"Sabah" basketbol komandası Çempionlar Liqasında növbəti oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Bakıda Çexiyanın "Nimburk" klubu ilə üz-üzə gələn Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv 105:87 hesabı ilə qalib gəlib.
Bu, "bayquşlar"ın Çempionlar Liqasındakı ilk qələbəsi olub.
Qeyd edək ki, "Sabah" B qrupunda 6 xalla sonuncu - dördüncü pillədə qərarlaşıb. Çexiya təmsilçisi 6 xalla üçüncüdür. Fransanın "Elan Şalon" kollektivi 8 xalla liderdir. Almaniyanın "Alba" (Berlin) komandası isə 7 xalla ikinci sıradadır.
0
0