FİBA-dan Mali basketboluna ağır cəza
22.06.2023 - 21:16
FİBA-dan Mali basketboluna ağır cəza

FİBA qadın basketbolçulardan ibarət Mali yığması və ölkə federasiyası cəzalandırıb.

Apasport.az-ın məlumatına görə, komanda üzvlərinin seksual təzyiqlərə məruz qalmasıdır.

Araşdırmalara 2021-ci ilin yayında başlanılıb. Nəticədə FİBA Mali yığmasının keçmiş baş məşqçisi Amadu Bamba ömürlük diskvalifikasiya edib. O, 90 min dollar cərimə ödəyəcək. Federasiyanın keçmiş prezidenti Haruna Mayqa isə 8 il yarışlardan uzaqlaşdırılıb və 22 min dollar cərimələnib. Bundan basşqa, federasiyanın iki nümayəndəsi və yığmanın məşqçisi müxtəlif cəzalara məruz qalıblar.

Qeyd edək ki, Malidə təxminən 100-ə yaxın qız basketbolçu seksual zorakılığa məruz qalması faktı təsdiqlənib.
 

0