Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.
Apasport.az xəbər verir ki, millimiz Azərbaycan güləş tarixində yeni səhifə açıb.
3 qızıl medal qazanan yığmamız 85 xalla dünya çempionu olub. Titulunu qoruyan komandamız ardıcıl 2-ci dəfə bu uğura imza atıb. Azərbaycan ən yaxın izləyicisi olan İranı 34 xal qabaqlayıb.
Millimiz bu uğurla Azərbaycan güləşində eyni anda 2 rekordu yeniləyib.
İkinci dəfə dünya çempionluğu kubokunu qazanmaqla böyüklər arasında güləş növlərimiz arasında ilkə imza atan yunan-Roma millimiz həm də bir DÇ-də 3 qızıl medal qazanan ilk komandamız olub.
Xatırladaq ki, Albaniyada Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) dünya çempionu olub. Onların hər biri komandanın hesabına 25 xal yazdırıb. DÇ-də debüt edən Qurban Qurbanov (82 kq) isə 5-ci yeri tutub və millimizə 10 xal qazandırıb.
- Dörd güləşçimiz Dünya Seriyasında çıxış edəcək
- Prezident İlham Əliyev: İdmançılarımızın özlərini layiqincə aparmaları məni çox sevindirir
- Dövlət başçısı: Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm
- Prezident: Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur
- Azərbaycan Prezidenti: İdmançılarımızda qələbə əzmi çox güclüdür