IX turun daha bir oyunu keçirilib
25.12.2024 - 17:57
Azərbaycan Basketbol Liqasında IX turun daha bir oyunu keçirilib.
Apasport.az xəbər verir ki, günün ilk matçında "Ordu" "Lənkəran"ı məğlub edib.
Qarşılaşma 99:51 hesabı ilə başa çatıb.
B qrupunda xallarının sayını 15-ə çatdıran "Ordu" liderdir. 10 xalı olan bölgə təmsilçisi beşinci sıradadır. Günün ikinci görüşündə A qrupunda "Neftçi" və "Sərhədçi" komandaları münasibətlərə aydınlıq gətirəcəklər.
Qeyd edək ki, ötən gün "Sabah" NTD-yə qalib gəlib - 94:68. Tura dekabrın 27-də yekun vurulacaq.
- Millimiz Polşaya da qalib gəldi - YENİLƏNİB
- FIBA-nın milli təlimçisi Ələkbər Həsənov Bolqarıstanda seminarda iştirak edib
- Millimiz bu gün iki matç keçirəcək
- Azərbaycan millisi Kutaisidə keçirilən beynəlxalq turnirdə 4-cü olub
- 12 yaşadək basketbolçulardan ibarət millimiz Kutaisidə beynəlxalq turnirə iki qələbə ilə başlayıb
0
0