Millimiz 1/4 finala yüksəlib
26.07.2025 - 21:07
Millimiz 1/4 finala yüksəlib

Bu gün Sumqayıtda 3×3 basketbol üzrə qadınlar arasında Dünya Seriyasının növbəti mərhələsi start götürüb.

Apasport.az xəbər verir ki, 2 gün davam edəcək yarışda 16 komanda mübarizə aparır.

Onlardan 12-si milli - Azərbaycan, Çexiya, Polşa, Ukrayna, Slovakiya, Qazaxıstan, Madaqaskar, Çin, Benin, Fransa, Böyük Britaniya, Latviya, 4-ü klubdur - “Karolina”(Puerto Riko), “Pekin”(Çin), “Takasaki”(Yaponiya), “CS Rapid”(Rumıniya).

Azərbaycan yığması Çexiya və Slovakiya ilə birgə A qrupunda gücünü yoxlayıb. Millimiz ilk oyunda çexiyalılarla üz-üzə gəlib. Basketbolçularımız 20:12 hesabı ilə qalib gəliblər.

Komandamız bu gün keçiridiyi ikinci oyunda Slovakiyanı məğlub 21:8 hesabı ilə məğlub edib. Bu qələbə sayəsində basketbolçularımız qrup lideri kimi 1/4 finala yüksəliblər.

Dünya Qadın Seriyası
A qrupu
26 iyul

18:55 Çexiya - Azərbaycan - 20:12
20:35 Azərbaycan – Slovakiya - 21:8

Qeyd edək ki, həlledici oyunlar sabah keçiriləcək.