Millimiz 1/4 finala yüksəlib
12.09.2026 - 22:43
Qadınlardan ibarət 3x3 Azərbaycan milli komandası Belçikanın Antverpen şəhərində keçirilən Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, yığma ilk qrup oyununda Niderlanda 12:21 hesabı ilə məğlub olub.
Milli ikinci görüşündə Ukrayna seçməsinə 20:7 hesabı ilə qalib gəlib.
Beləliklə Azərbaycan millisi növbəti mərhələyə yüksəlib.
0
0