Basketbol üzrə kişilərdən ibarət millimiz 2027-ci il Qətərdə keçiriləcək Dünya Kubokunun ilkin təsnifat mərhələsində keçirəcəyi son qrup oyunlarının hazırlıqlarına başlayıb.
Apasport.az xəbər verir ki, millimizin baş məşqçisi Tahir Baxşıyev Bakıda baş tutacaq təlim-məşq toplanışına aşağıdakı basketbolçuları dəvət edib:
Amil Həmzəyev (Neftçi), Kamran Məmmədov (Neftçi), Endar Poladxanlı (Sabah), Şirzad Şirzadov (Sabah), Elşad Şirzadov (Gəncə), Cəbrayıl Əkbərov (Gəncə), Əkbər Məmmədov (NTD), Ulaş Turqut (Sərhədçi), Saadettin Donat (Sumqayıt), Ercan Donat (Şəki), Səid İsmayılov (Ordu), Məhəmməd Hüseynli (Abşeron), İsmayıl Abdullayev (Abşeron), Nəzər Quliyev (Naxçıvan), Orxan Aydın (İlab Basketbol), Derin Berköz (Türk Telekom), Hüseyn Qaflanov (DME Academy), Donta Hol (Baskonia).
Qeyd edək ki, baş məşqçi Tahir Baxşıyev adları çəkilən basketbolçular arasından Kosovo və İrlandiya oyunları üçün 12 nəfərlik heyət müəyyənləşdirəcək.
- Millimiz Polşaya da qalib gəldi - YENİLƏNİB
- FIBA-nın milli təlimçisi Ələkbər Həsənov Bolqarıstanda seminarda iştirak edib
- Millimiz bu gün iki matç keçirəcək
- Azərbaycan millisi Kutaisidə keçirilən beynəlxalq turnirdə 4-cü olub
- 12 yaşadək basketbolçulardan ibarət millimiz Kutaisidə beynəlxalq turnirə iki qələbə ilə başlayıb