“Naxçıvan” və “Abşeron” üz-üzə
19.04.2025 - 10:23
“Naxçıvan” və “Abşeron” üz-üzə

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin ilk görüşlərinə bu gün keçiriləcək 1 qarşılaşma ilə yekun vurulacaq.

Apasport.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutacaq matçda “Naxçıvan” “Abşeron”la qarşılaşacaq. Görüş saat 14:00-da start götürəcək.

Bu oyunla pley-offun ilk mərhələsində bütün cütlüklərin ilk görüşləri tamamlanacaq.

Xatırladaq ki, mərhələnin əvvəlki qarşılaşmalarında “Şəki” “Gəncə”yə 85:84, “Neftçi” “Ordu”ya 93:84, “Sabah” isə “Sərhədçi”yə 90:64 hesabı ilə qalib gəlib.