NBA: “Çikaqo Bulls”dan qələbə
18.12.2025 - 13:18
NBA: “Çikaqo Bulls”dan qələbə

ABŞ-ın Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm mövsümündə daha iki oyun keçirilib.

Apasport.az xəbər verir ki, “Çikaqo Bulls” doğma meydanda “Klivlend Kavalyers”ə 127:111 hesabı ilə qalib gəlib.

“Memfis Qrizlis” isə səfərdə “Minnesota”nı 116:110 hesabı ilə üstələyib.

Bu nəticələrdən sonra “Minnesota” Qərb Konfransının turnir cədvəlində altıncı, “Memfis Qrizlis” doqquzuncu sıradadır.

Şərq Konfransında isə “Klivlend Kavalyers” doqquzuncu, “Çikaqo Bulls” onuncu pillədə yer alıb.