NBA: "Kavalyers” evdə məğlub oldu
14.11.2025 - 10:57
NBA: "Kavalyers” evdə məğlub oldu

NBA-nın müntəzəm mövsümündə daha üç qarşılaşma keçirilib.

Apasport.az xəbər verir ki, günün mərkəzi matçında “Klivlend Kavalyers” doğma meydanda “Toronto Raptors”u qəbul edib. Görüş qonaqların 126:113 hesablı qələbəsi ilə bitib.

Növbəti oyunlarda “Finiks Sanz” evdə "İndiana Peysers"ə 133:98, “Atlanta Hoks” səfərdə “Yuta Caz”a 132:122 hesabı ilə qalib gəlib.