NBA: “Los-Anceles Lakers” və “Hyuston Rokets"dən qələbə
26.02.2025 - 15:39
NBA: “Los-Anceles Lakers” və “Hyuston Rokets"dən qələbə

NBA-da müntəzəm mövsüm davam edir.

Apasport.az xəbər verir ki, bu gün 7 matç keçirilib.

“Boston Seltiks” səfərdə “Toronto Raptors”u 111:101 hesabı ilə üstələyərək müntəzəm mövsümdə ardıcıl altıncı qələbəsini qazanıb.

Bu nəticədən sonra “Boston Seltiks” turnir cədvəlinin 2-ci, “Toronto Raptors” isə 13-cü pilləsində qərarlaşıb.

NBA

Müntəzəm mövsüm

“Toronto Raptors” - “Boston Seltiks” – 101:111

"Nyu Orleans Pelikans" - “San Antonio Spörs” – 109:103

“Hyuston Rokets” - "Miluoki Buks" – 100:97

"Qolden Steyt Uorriors" - "Şarlot Hornets" – 128:92

“Orlando Mecik” - “Klivlend Kavalyers” – 82:122

“Memfis Qrizzlis” - “Finiks Sanz” – 151:148

“Los-Anceles Lakers” - “Dallas Maveriks” – 107:99.