
“Neftçi”nin məşqçisi Daviti Çivçivadze klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, o, Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin “Abşeron”la oyunu (97:93) barədə fikirlərini bildirib.
"Çox çətin oyun idi. Rəqib komanda yaxşı təşkil olunmuşdu və oyuna da yetərincə hazırlaşmışdı. İlk yarımhissədə 3 xallıq ata bilməmişdik. Bu tabloda bizə təsir edirdi. İkinci yarımhissədə biz 3 xallıqları qazanmağa başladıq və oyunu qaytardıq. Oyunçularım müdafiədə böyük iş gördülər. Ancaq işimiz hələ bitməyib. "Abşeron" çox təhlükəli komandadır və artıq bunu iki dəfə sübut edib. Cavab oyununa daha yaxşı hazırlaşacağıq. Qələbə münasibətilə bütün "Neftçi" ailəsini təbrik edirəm”.
Qeyd edək ki, rəqiblərin növbəti qarşılaşması aprelin 29-da keçiriləcək.