“Nyu-York”dan dramatik geridönüş: 29 xaldan
11.06.2026 - 15:22
“Nyu-York”dan dramatik geridönüş: 29 xaldan

NBA final seriyasında 4-cü oyun keçirilib.

Apasport.az xəbər verir ki, “Nyu-York Niks” öz meydanında “San-Antonio Spurs”u qəbul edib.

Gərgin və dramatik keçən qarşılaşma meydan sahiblərinin 107:106 hesablı qələbəsi ilə başa çatıb.

“Nyu-York” 29 xallıq geridönüş edərək NBA final tarixinin ən böyük kambeklərindən birinə imza atıb.

Qalib komandanın heyətində ən məhsuldar basketbolçu Ceylen Branson olub. O, 36 xal və 7 məhsuldar ötürmə ilə oynayıb. OG Anunobi isə 33 xal toplayıb və son saniyələrdə qələbə gətirən atışı reallaşdırıb.

“San-Antonio”da Viktor Vembanyama 24 xal, 13 ribaund və 3 blokla yadda qalıb.

Bu nəticədən sonra “Nyu-York” seriyada hesabı 3:1-ə çatdırıb.

 Komandalar arasında 5-ci oyun iyunun 13-də San-Antonioda keçiriləcək.