“Sabah” Fransa klubuna uduzub
12.11.2025 - 22:23
"Sabah" basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində bu gün növbəti matçına çıxıb.
Apasport.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Bakıda Fransa təmsilçisi "Elan Şalon"la üz-üzə gəlib.
B qrupunun matçı Milli Gimnastika Arenasında saat 20:00-da start götürüb.
Oyun qonaqların 89:87 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Bakı klubu daha əvvəl bu rəqibinə 71:84 hesabı ilə uduzub. "Sabah" həmçinin Çexiyanın "Nimburk" (65:93) və Almaniyanın "Alba" (76:85) komandalarına da məğlub olub.
0
0