"Sabah" Litvada təlim-məşq toplanışı keçirəcək
18.08.2026 - 12:37
"Sabah" Litvada təlim-məşq toplanışı keçirəcək

"Sabah" basketbol klubu yeni mövsümə hazırlıq çərçivəsində Litvada təlim-məşq toplanışı keçirəcək.

Apasport.az xəbər verir ki, toplanış avqustun 23-dən sentyabrın 14-dək davam edəcək.

Bakı təmsilçisi hazırlıq prosesində Avropa turnirlərində mübarizə aparacaq klublarla yoxlama oyunları keçirəcək.

Paytaxt təmsilçisi avqustun 26-da "Yuventus Utena" (Litva), 29-da "Şyaulyay" (Litva), sentyabrın 3-də "London Layons" (Böyük Britaniya), 6-da isə "Jalgiris" (Litva) komandaları ilə qarşılaşacaq.

Hazırlıq prosesi sentyabrın 12–13-də Klaypedada təşkil olunacaq "Vladas Qarastas Kuboku" ilə başa çatacaq. "Sabah" yarımfinalda Litvanın "Neptunas" klubu ilə üz-üzə gələcək. Turnirin digər iştirakçıları isə "Zelli Riqa" (Latviya) və "Şyaulyay" komandalarıdır.

Qeyd edək ki, "Sabah"ın yoxlama matçlarındakı rəqiblərindən "Yuventus Utena" Çempionlar Liqasında, "Şyaulyay", "London Layons", "Neptunas" və "Zelli Riqa" Avropa Kubokunda, "Jalgiris" isə Avroliqada çıxış edəcək.